Rəsmi Tehran Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasına sadiqdir.
Publika.az xəbər verir, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında bildirib.
“İranın regional təhlükəsizlik doktrinası region ölkələrinə güvənmək üzərində qurulub, İran Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasında effektiv rol oynamağa davam edəcək”, - o deyib.
Ölkə diplomatiyasının rəhbəri həmçinin Tehranın helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın əldə etdiyi razılaşmaları yerinə yetirməyə hazır olduğunu vurğulayıb.