"Real"ın hücumçusu Kilian Mbappenin anası və agenti Fayza Lamari PSJ-nin futbolçuya borcları ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, “L’Équipe” nəşrinə açıqlamasında Fransa nəhəngini məhkəmə ilə hədələyib:
“Parisdə baş verənlər əsl ayrılığa bənzəyir. Ayrılanda ancaq neqativləri düşünməməliyik. Bu gün Kilian "Real"dadır və biz təkcə "Monako"ya deyil, PSJ-yə də təşəkkür edirik. Düşünürəm ki, klubun ona yatırdığı məbləği PSJ-yə qaytarıb.
Kilian heç vaxt yalan danışmayıb. O, həmişə PSJ prezidentinə bir gün "Real"a keçəcəyini deyib. Təbii ki, bu baş verəndə işlər çətinləşdi. Amma Madrid klubu olmasaydı, heç vaxt Parisi tərk etməzdi.
PSJ-dən indicə cavab məktubu almışıq. Ödənişlərin aparılmaması ilə bağlı qərarlar veriləcəyini bildirirlər. Seçimimiz yoxdursa, məhkəməyə müraciət edəcəyik”.
Qeyd edək ki, parislilərin fransalı forvarda 100 milyon avro borcu var.
Heybət