“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo PFL MMA-nın yüksəliş turnirinə qatılıb.
QÜTB.AZ xəbər verir ki, futbolçu Ər-Riyadda keçirilən tədbirin qonağı olub.
Qeyd edək ki, gecənin əsas döyüşü ağır çəkili idmançılar Frensis Nqannu və Renan Ferreyra arasında olub.
“Yırtıcı” ləqəbli Nqannu nokautla qalib gəlib. Kamerunlu idmançı döyüşdən əvvəl Ronaldo ilə görüşüb.