Karyerasında yeni səhifə açan və Yunanıstan Superliqa komandalarından olan “Panatinaikos”la müqavilə imzalayan Fatih Terim yeni komandasında ilk məğlubiyyətini alıb.
Publika.az "Sabah"a istinadla xəbər verir ki, Yunanıstan kubokunun 1/4 final matçında “Atromitos”u qəbul edən “Panatinaikos” 2:1 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
Maraqlıdır ki, Terimə ilk məğlubiyyətini yaşadan “Atromitos”un çalışdırıcısı bir müddət “Qalatasaray”da futbol oynamış Saşa İliçdir.