06.04.25 | Bakı 13.03° C |
22:57:12
Lent :

ABŞ və Böyük Britaniya arasında duzlu çay böhranı

26 yan 2024 07:00
GÜNDƏM
ads

ABŞ-lı kimya professorunun çaya bir çimdik duz əlavə etməsi ilə bağlı açıqlaması çay istehlakı ilə məşhur olan İngiltərənin gündəminə düşüb.

Publika.az xəbər verir ki, Mişel Frankl “Dəmlənmiş çayın kimyası” kitabının tanıtımı üçün verdiyi press-relizlərdə mükəmməl dəmləmə üçün çaya duz əlavə edilməsi ilə bağlı açıqlaması İngiltərədə müzakirə mövzusuna çevrilib.

Franklın açıqlaması "Amerikalı professor ingilislərə çay hazırlamaqla bağlı dərslər verir" kimi şərhlərə səbəb olub.

ABŞ-ın Londondakı səfirliyi İngiltərənin artan reaksiyasına qarşı bəyanatla çıxış edib:

“İngiltərənin gözəl insanlarının ürəyi rahatlaşsın. Çaya duz əlavə etmək kimi ağlasığmaz ideya ABŞ-ın rəsmi siyasəti deyil. Bu, heç vaxt olmayacaq. ABŞ səfirliyi mikrodalğalı sobada qızdıraraq düzgün şəkildə çay hazırlamağa davam edəcək”.

İngiltərə bu müzakirəyə yumoristik bir tonla yanaşsa da, çayın mikrodalğalı sobada qızdırıla bilməyəcəyini də qeyd edib:

"Münasibətimizi yüksək qiymətləndiririk. Lakin bu məsələdə sizinlə razılaşmırıq. Çayı ancaq çaydanla hazırlamaq olar".

Frankl çay dəmlənərkən çox az miqdarda duzun əlavə edilməsinin çaya acı dad verən bir maddənin qarşısını aldığını bildirib.

Qeyd edək ki, Almaniya mərkəzli statistika platforması 2016-cı il araşdırmasında Türkiyənin adambaşına çay istehlakında birinci yerdə olduğunu açıqlayıb. Bu sıralamada İrlandiya ikinci, İngiltərə isə üçüncü yerdədir.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur