Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində yanğın olub.
Bu barədə Publik.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
xxx
22:48
Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.
Publik.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, rayonun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən kafelərin birində başlayan yanğın güclü olduğu üçün ətrafa yayılıb.
Həmin görüntüləri təqdim edirik: