İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları onun iqamətgahı yaxınlığındakı ərazini tərk edərək Respublika Meydanına qayıdırlar.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, etirazçılar növbəti addımlarını müzakirə etməyə hazırlaşırlar.
Hərəkatın liderlərindən biri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, o, Paşinyanla görüşərək, onun vəzifəsini sülh yolu ilə tərk etməsini müzakirə etmək istəyir.
“Biz istədiyimizi dedik. Artıq gözləntilər yoxdur. Paşinyanın deməyə sözü varsa, bizimlə görüşmək üçün bir yol tapacaq, olmasa, o zaman görüşmək məcburiyyətində qalacaq”, - Qalstanyan bildirib.
Hüseyn İbadlı