Nüfuzlu "FourFourTwo" jurnalı Şimali Amerikada oynamağa gələn əsas futbol ulduzlarının reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir. İkinci sırada bir vaxtlar "Nyu-York Kosmos"da forma geyinmiş Pele qərarlaşıb. "İlk üçlüy"ü Yohan Kroyff ("Los-Angeles Asteks", "Vaşinqton") qapayıb.
Onluqda həmçinin, Devid Bekhem ("Los-Ancesles Qalaksi"), Frans Bekkenbauer ("Nyu-York Kosmos"), Tyerri Anri ("Nyu York Red Bulls"), Eysebio ("Boston", "Toronto", “Las Veqas”), Herd Müller (“Fort Lauderdeyl”, Karlos Alberto ("Nyu York Kosmos", "Kaliforniya") və Corc Best ("Los Anceles Asteks", "Fort Lauderdeyl", "San Xose") yer alıb.
Heybət