Venesuela sahillərində neft sızması baş verib.
QÜTB.AZ xəbər verir ki, neft sızıntısı Venesuelanın şimal-mərkəzində Karib sahilləri yaxınlığındakı körfəzi çirkləndirib.
Bu barədə "Reuters" avqustun 18-də beş mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, sızma bir neçə gün əvvəl Venesueladakı "El Palito" neft emalı zavodunda baş verib.
Bioloq Eduardo Klein peykdən çəkilmiş şəkilləri "X" sosial şəbəkəsində dərc edib. O, fotoların təxminən 225 kvadratmetr sahəsi olan neft ləkəsini göstərdiyini bildirib.
Qeyd edilir ki, Boka-de-Aroanın bəzi çimərliklərində sahildə külli miqdarda karbohidrogen aşkar edilib və bu, bəzi qayıqlara, balıqçı gəmilərinə təsir edib. Başqa bir mənbə isə üç böyük neft ləkəsi gördüyünü bildirib.
Ləman