23.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Sabirabaddakı zəlzələylə bağlı rəsmi açıqlama: “Narahatlığa əsas yoxdur”

23 sen 2025 11:00
GÜNDƏM
ads

Ötən gün Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda və Xəzər dənizində zəlzələ qeydə alınıb.

Məsələ ilə əlaqədar Qutb.az AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində və Sabirabadda qeydə alınan zəlzələlər zəif, yüngül təkanlar olub.

“Demək olar hər gün Azərbaycanda müəyyən yeraltı təkanlar baş verir. Bu təkanların bir qismi hiss olunur, digərləri isə əhalinin hiss edə bilməyəcəyi qədər zəif olur. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Seysmoloqun sözlərinə görə, hazırda ölkə ərazisində güclü, dağıdıcı zəlzələ riski olan bir bölgə müşahidə edilmir:

“Bunlar sadəcə fon səviyyəsində qeydə alınan təkanlardır. Əhalini təşvişə düşməməyə çağırırıq”,- Q.Yetirmişli qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur