2023-cü ilin dördüncü rübündə Rusiya fond bazarında qeyri-rezidentlərin sayı 6,6 faiz artaraq 29,1 min nəfərə, aktivləri isə 5,9 faiz artaraq 1,34 trilyon rubla çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiya Mərkəzi Bankının statistikasına istinadən yazıb.
Nəşrin məlumatına görə artım dinamikası da yavaşlamağa başlayıb. Əvvəlki üç rübdə qeyri-rezident aktivlərinin dəyəri 20-35 faiz artıb. Əvvəllər artan tələbat nümayiş etdirən Yaxın Şərqdəki yurisdiksiyalar pulları geri çəkməyə başlayıblar. BƏƏ-dən olan rus brokerlərinin müştərilərinin hesablarındakı aktivlərin dəyəri ötən ilin son rübündə 11 faiz azalaraq 120,7 milyard rubla düşüb, baxmayaraq ki, müştərilərin sayı 18 faiz artıb.
Beliz investorları investisiyaları yeddi faiz azaldıb. Səudiyyə Ərəbistanından olan müştərilərin aktivləri isə qəribə dinamika nümayiş etdirir. Üçüncü rübdə onlar demək olar ki, sıfırdan 13,5 milyard rubla qədər artım nümayiş etdirib.
Nəticədə, Moskva birjasında qeyri-rezident aktivlərinin dəyərinin artımı qonşu ölkələrdən olan investorların hesabına saxlanılır.
Cəmilə