Bakıda mənzildə meyit tapıldı
Azərbaycandakı seçkilər buna görə xüsusidir
İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu
Futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.
Qutb.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında çempionatın lideri “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda “Sumqayıt” 7 xalla turnir cədvəlinə başçılıq edir. İki xalı olan “Şamaxı” 7-ci pillədə qərarlaşıb.
Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Tovuz təmsilçisi 6 xalla 2-ci, Bakı klubu isə 2 xalla 8-ci sırada yer alıb.
Turun digər oyunları avqustun 30-31-də keçiriləcək.