Böyük Britaniyada ev heyvanlarının mikroçiplənməsi və onların sahibinin əlaqə məlumatlarının bazada qeyd edilməsi məcburi hala salınıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyi məlumat yayıb.
Sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları və əlaqə məlumatlarını aktiv saxlamaları tələb edildiyi bildirilib.
Açıqlamada məcburi mikroçip tətbiqinin itmiş və ya sahibsiz pişiklərin təhlükəsiz şəkildə evlərinə qaytarılmasını asanlaşdıracağı qeyd edilib. Çöl pişikləri üçün mikroçiplərin quraşdırılması məcburi deyil.
Qaydaya əməl etməyənlər 500 sterlinq (təxminən 1 000 manat) cərimə oluna bilərlər.
Roza