Tayvan adası ətrafında Çinə məxsus 47 hərbi təyyarə və 21 gəmi aşkarlanıb.
QÜTB.AZ xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media platformasındakı hesabındakı açıqlamada təyyarənin "Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ)" olaraq elan edilən ərazinin cənub-qərb hissəsində olduğu bildirilib.
Açıqlamada adanın ətrafında Çin donanmasına aid 12 döyüş gəmisinin də aşkar edildiyi vurğulanıb.
Nazirlik məlumatda Çin Xalq Azadlıq Ordusunun Tayvan adasının əks sahilindəki Cijiang və Fujien əyalətlərinin şərqindəki hava məkanını bağladığını qeyd edib. Komandanlıqlar sahil mühafizə gəmiləri ilə birlikdə Tayvan boğazı ətrafında olub və Çin gəmilərinin Qərbi Sakit Okeandakı sulara girdiyini təsbit edib.
Ehtimal olunur ki, hərbi fəaliyyət ada ətrafında təlimdən xəbər verə bilər.
Qeyd edək ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Aysel Şahmar