Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüş keçirdi
Azərbaycanın futbol çempionatının ən yüksək liqasında çıxış edən komandaların maliyyə vəziyyətində dəyişikliklər hiss olunur.
Qutb.az xəbər verir ki, ölkənin 4 futbol klubu 2023-cü ildə zərərlə işlədikləri halda, 2024-cü ildə mənfəətə keçiblər.
Bunlar «Qarabağ», «Kəpəz», «Sumqayıt» və «Araz Naxçıvan»dır.
Ağdam klubu 2023-cü ildə rekuor həddə – 1 milyon 782 min manat zərər etsə də, 2024-cü ildə 876 min manat mənfəətə keçməyi bacarıb.
Gəncənin «Kəpəz» komandası da sponsorluq məsələlərini həll etdikdən sonra mənfətə keçib. Klub 2023-cü ildəki 171 min manatlıq zərərə qarşı, 2024-cü ildə 219 min manat mənfəət əldə edib.
«Sumqayıt» klubu isə 2023-cü ildəki 167 min manatləq zərəri 2024-cü ildə 86 min manat mənfəət çevirə bilib.
«Araz Naxçıvan»da mənfəət-zərər rəqəmləri hələlik simvolk səviyyədədir. Naxçıvan komandası 2023-cü ildə 479 manat xalis zərərin əvəzinə 2024-cü ildə 268 manat mənfəət əldə edib. (Mənbə: fed.az)