10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

La Liqada ara qarışdı: Prezident "Goalline" niyə yoxdur" sualına belə cavab verdi

22 apr 2024 13:00
İDMAN
ads

La Liqanın prezidenti Xavyer Tebas "X" səhifəsində İspaniya çempionatında avtomatik qol aşkarlama texnologiyasının (Goalline) tətbiqi ilə bağlı çağırışlara cavab verib.

Publika.az xəbər verir ki, funksioner texnologiya ilə bağlı müzakirə aparılan media nəşrlərinin "skrinşot"larından seçmə dərc edib. O, fikrini iki sözlə ifadə edib: “Şərh yoxdur”.

La Liqa avtomatik qol aşkarlama texnologiyasını çox baha hesab edir. Bu sistem bir mövsüm 3-4 milyon avroya başa gəlir. La Liqa buna ehtiyac olmadığını düşünür.

La Liqa topun qapı xəttini keçib-keçmədiyinə qərar vermək üçün qapı xəttindəki tək kameraya əsaslanır, lakin bu kamera qapı dirəklərinin birində yerləşir. Buna görə də epizodu təhlil etmək çətin olur.

Qeyd edək ki, ötən gün baş tutan “Real” – “Barselona” (3:2) matçının ikinci hissəsində Lamin Yamalın zərbəsindən sonra hakimlər Madrid klubunun qapısına vrulan qolu saymadığı üçün mübahisə yaşanıb. Yayımdakı təkrarlara baxsaq, top qapı xəttini keçə bilərdi. Oyundan sonra "Barsa"nın qapıçısı Mark-Andre ter Ştegen və komandanın baş məşqçisi Xavi avtomatik qol aşkarlama texnologiyasının olmamasına görə La Liqanı tənqid ediblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur