"Atletiko" "Rapid Buxarest"in və Rumıniya millisinin qapıçısı Horatiu Moldova ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, sözləşmə 3,5 il müddətinə nəzərdə tutulub. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Bu keçidə görə "Atlteiko" "Rapid"ə 800 min avro ödəyib.
Bu mövsüm 26 yaşlı qolkiper "Rapid"in heyətində bütün yarışlarda 23 oyun keçirib. 2023-cü ildə Moldova Rumıniya millisinin əsas qapıçısına çevrilib. Avro-2024-ün seçmə mərhələsində 8 oyun keçirərək komandanın turnirin final mərhələsinə vəsiqə qazanmasında pay sahibi olub.
Qeyd edək ki, Horatiunun xidmətində "Betis" və "Neftçi" klubları da maraqlı idi.
Heybət