Goranboyda bıçaqlanma olub.
Qutb.az "Unikal"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib.
Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.