Xalq artisti Miri Yusifin sosial şəbəkələrdəki son paylaşımı maraq doğurub.
QÜTB.AZ xəbər verir ki, sənətçi Paris-2024 Yay Olimpiya Oyunlarındakı davranışı ilə dünya gündəminə düşən türkiyəli atıcı Yusuf Dikeçin məşhur pozunu təkrarlayıb. O, bir əlində su tapancası tutaraq Dikeçi təqlid edib.
Xatırladaq ki, 51 yaşlı Yusuf Dikeç atıcılıq yarışlarında Türkiyəyə gümüş medal qazandırıb. Onun atış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi hər kəsi təəccübləndirib.