Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq.