Rusiyanın Saratov şəhərində həkimləri kişinin üzündən 12 santimetrlik helmint çıxarıblar.
Publika.az xəbər verir ki, bu barədə aif.ru -ya 9 saylı Saratov şəhər klinik xəstəxanasının mütəxəssisləri məlumat veriblər. 43 yaşlı xəstə burnuna yaxın ön hissənin şişməsi ilə xəstəxanaya daxil olub. Əvvəllər kişi üzündə sağ göz qapağının şişməsini aşkar edəndə artıq kömək üçün həkimlərə müraciət etmişdi. Ona antibiotiklər təyin olunub, lakin bu kömək etməyib. Daha sonra həmin şəxs üz-çənə cərrahına müraciət edib.
Ultrasəs müayinəsinin nəticələrinə əsasən mütəxəssis xəstənin dərisinin altında parazit aşkar edib. Kişi dərhal əməliyyata göndərilib və bu zaman onun üzündən 12 santimetrlik ağ helmint çıxarılıb.
Həkimlər izah ediblər ki, bu parazit ağcaqanad dişləməsi ilə insan orqanizminə daxil ola bilir və bundan sonra daşıyıcı özü də daşıyıcıya çevrilir. Bədəndə xarakterik əlamətlər dişləmədən 3-6 ay sonra görünə bilər.
Tural