13.03.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

İdmançılarız Avropa çempionatının finalında

09 mar 2025 02:00
İDMAN
ads
Advertisement

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.

Qutb.azxəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.

Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.

 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur