Avqust 9-da Quba stansiyasından 15 kilometr cənubda - Quba rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində ResQutb.az Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Publik.az-a verilən məlumata görə, yerli vaxtla saat 00:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub.
Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.