Bərdədən Bakıya xəstəxanaya gətirilən körpə yolda ölüb.
QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, noyabrın 2-si saat 22:00 radələrində Ələt qəsəbəsinin ərazisində Bərdə rayon sakini 09.10.2024-cü il təvəllüdlü Uğur Ramazan oğlu Bəkdəmirov pnevmoniya xəstəliyindən ölüb.
Həkimlər onun təcili Bakıya aparılmalı olduğunu bildiriblər. Körpə paytaxta gətirilərkən Qaradağ rayonu ərazisində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Turqut Seyidov