Türkiyəli məşhur müğənni Serdar Ortaç TRT 1-də yayımlanan “Alişan ile Hayata Gülümsə” verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, 53 yaşlı sənətçi ona ünvanlanan suallara verdiyi cavablarla yenidən gündəmə gəlib.
Müğənni “Səni ən çox kədərləndirən nədir?" sualına belə cavab verib:
"Ölümlər və qumar oynamaq məni məhv etdi. 35 ildir ki, oynayıram. Çox pul itirdim. Bir qazanırsansa, iki itirirsən. İtirdiklərini geri qazanmaq üçün illərin gedir. İnsan ancaq öz peşəsindən qazanmalıdır".