Amsterdam prokurorluğu narkotik qaçaqmalçılığında təqsirli bilinən Moskva "Spartak"ının futbolçusu Kvinsi Promesin əmlakına həbs qoyub.
Publika.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
Sanksiyalar Almere, Amsterdam, Utrext və Abkudda yerləşən 9 dəbdəbəli yaşayış binasını əhatə edib. Mülk “milyonlarla avro” dəyərində qiymətləndirilir. Eyni zamanda sakinlər bu evlərdə qalmağa davam edə biləcəklər. Promes onları sadəcə sata bilməyəcək.
Qeyd edək ki, Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Ötən yay 32 yaşlı futbolçu əmisi oğluna bıçaqla hücum etdiyinə görə il yarımlıq həbs cəzası da alıb. Promes hazırda BƏƏ-də təlim-məşq toplanışında olan "Spartak"ın düşərgəsində yer alıb. Niderland prokurorluğu hələ onu ölkəyə ekstradisiya edə bilməyib.
Heybət