Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
QÜTB.AZ xəbər verir ki, Sloveniya ilə qarşılaşan təmsilçilərimiz üçüncü dəfə üstünlük əldə ediblər.
Günay Məmmədzadə - Laura Umuk 1:0
Ülviyyə Fətəliyeva - Zala Urx 0,5:0,5
Gövhər Beydullayeva - Lara Yanzel 1:0
Gülnar Məmmədova - Teya Vidiç 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə isə heç-heçə edib. (2:2)