01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

8 Avropa ölkəsindən Gürcüstana çağırış: görün nə tələb edirlər

30 dek 2024 00:01
GÜNDƏM
ads
Advertisement

Şimali və Baltikyanı ölkələr Gürcüstanı təkrar parlament seçkiləri keçirməyə çağırıb.

QÜTB.AZ xəbər verir ki, Danimarka, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya, İsveç və İslandiyanın xarici işlər nazirləri adından Tbilisiyə ünvanlanmış bəyanatı Litva XİN dərc edib.

Sənəddə səkkiz Avropa ölkəsi Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığını, habelə keçmiş prezident Salome Zurabişviliyə qarşı təhdidlərini pisləyib, respublikadakı vəziyyətdən narahatlığını bildirib və parlament seçkilərində qeydə alınan qanun pozuntularının araşdırılmasına yenidən çağırıb.

“Biz Gürcüstan hakimiyyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tövsiyələrinə əməl etməyə və bu tövsiyələrə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsini nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda deyilir.

Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermə nəticəsində hakim “Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq qalib gəlib, bir sıra müxalif siyasi birliklər seçkinin nəticələrini tanımayıb, “Dəyişiklik Koalisiyasının” üzvləri isə hətta deputat mandatlarından imtina ediblər. Bunun fonunda Gürcüstan prezidenti Salome Zurabişvili səsvermə pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. O, həmçinin seçkinin nəticələri ilə bağlı etirazlara çağırıb, bundan sonra ölkə boyu mitinqlər başlayıb.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur