Las-Veqasda erməni əsilli aktyor Armen Ciqarxanyanın oğlu, 58 yaşlı Stepan Ciqarxanyan güllələnib.
QÜTB.AZ xəbər verir ki, güllə onun başını sıyırıb.
“Aktyor Armen Ciqarxanyanın oğlu Las-Veqasın mərkəzində vuruldu. Güllələrdən biri yan keçdi, ikincisi onun başına dəydi”, - “Mash” teleqram kanalı yazıb.
Məlumata görə, Stepan Ciqarxanyan avtomobilində hərəkət edərkən güllələnib. O, dərhal xəstəxanaya aparılıb.
Zərərçəkənin özünün dediyinə görə, o, təsadüfən yerli dəstələr arasında davaya qarışıb.
Akqabay