"Real" hücumçusu Joselu ötən gün karyerasının ən önəmli günlərindən birini yaşayıb.
Publika.az xəbər verir ki, o, Madrid klubunun heyətində İspaniya Superkubokunu qazanıb. Bu, 33 yaşlı futbolçunun 16 illik klub karyerasında ilk titulu olub.
Xoselu 2023-cü ildə İspaniya millisi ilə birlikdə UEFA Millətlər Liqasının qalibi olub. Bu, onun karyerasının ilk titulu olub.
O, 2023-cü ilin iyulunda cari mövsümünün sonuna kimi icarə əsasında "Espanyol"dan "Real"a keçib. Müqavilənin məbləği 500 min avro olub. Bu mövsüm Xoselu bütün turnirlərdə 27 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Heybət