“Mançester Yunayted” cinah oyunçusu Markus Reşfordu “Yuventus”a təklif edib.
QÜTB.AZ xəbər verir ki, Turin nəhəngi bu təklifi qəbul etməyib. Çünki “Yuve”nin baş məşqçisi Tiaqo Motta “qırmızı şeytanlar”ın digər oyunçusu, “Boloniya”da çalışdırdığı Coşua Zirkzee ilə maraqlanır. Bu barədə “Tuttosport” məlumat yayıb.
Mənbənin məlumatına görə, Reşfordla “Tottenhem” və “Bavariya” da maraqlanır. “Mançester Yunayted” gələn yanvarda oyunçunu icarəyə götürməyə və maaşının bir hissəsini ödəməyə razı olarsa, “Yuventus” ingilis futbolçu üçün mübarizə aparmağa hazırdır.
Reşford son 4 matçda “Mançester Yunayted”in heyətində yer almayıb.