"Barselona"nın ev oyunlarını keçirdiyi əfsanəvi "Kamp Nou" stadionunda təmir işləri davam edir.
Publika.az xəbər verir ki, arenada işlər 2026-cı ilə qədər davam edəcək. “Barsa”nın uzun illər oyunlarını keçirdiyi stadion praktiki olaraq yerlə-yeksan edilib. Onun yerində 105 min tamaşaçı tutumu olan yeni idman qurğusu tikilir.
Layihənin dəyəri 1,3 milyard funt sterlinq olaraq qiymətləndirilir. Tikintinin bir hissəsi 2024-cü ilin noyabrında başa çatacaq. O vaxta qədər "Barselona" matçlarını "Stadio Olimpiko"da keçirəcək.
Köhnə arenadan fərqli olaraq, meydançanın böyük bir hissəsini əhatə edən nəhəng dam örtüyü qurulacaq. Obyektin daxilində müasir konfrans zalı, klub mağazaları və muzey də fəaliyyət göstərəcək.
Heybət