2024-cü ildə peşə vəzifəsini yerinə yetirərkən ən azı 68 jurnalist və media işçisi qətlə yetirilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “UNESKO” məlumat yayıb.
Məlumata görə, bu ölümlərin 60 faizdən çoxu münaqişə zonalarında qeydə alınıb. Bu da son on ilin ən yüksək göstəricisidir.
Məlumata görə, münaqişə zonalarında baş verən 42 qətldən 18-i Fələstində, 4-ü Ukraynada və Kolumbiyada, 3-ü isə İraq, Livan, Myanma və Sudanda qeydə alınıb.
Bundan əlavə, Suriya, Çad, Somali və Konqo Demokratik Respublikasında hər birində 1 jurnalist qətlə yetirilib.
Bu statistika 2023-cü ildə də müşahidə edilən narahatedici tendensiyanın davam etdiyini göstərir: son iki ildə münaqişə zonalarında öldürülən jurnalistlərin sayı 2016-2017-ci illərdən bu yana ən yüksək səviyyəyə çatıb. 2024-cü ildə jurnalistlərin və media işçilərinin öldürülməsi halları 68 nəfərə çataraq, 2023-cü ildəki 74 və 2022-ci ildəki 88 ölüm hadisəsindən az olub.