NATO Parlament Assambleyasının prezidenti Mişal Szczerba "X" mesajında NATO Parlament Assambleyasının Türkiyə Nümayəndəliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, o, Macarıstan Milli Assambleyasındakı həmkarlarını İsveçin üzvlük prosesini mümkün qədər tez başa çatdırmağa çağırıb
NATO-nun baş katibi Yens Stoltenberq verdiyi yazılı açıqlamada Türkiyə Böyük Millət Məclisinin qərarını alqışladığını və Macarıstanda təsdiq prosesinin ən qısa zamanda tamamlanacağına inandığını bildirib.
Stoltenberq bildirib ki, bütün NATO müttəfiqləri Vilnüsdə keçirilən sammitdə İsveçin ittifaqa qoşulmasına razı olublar:
“İsveç öz öhdəliklərini yerinə yetirdi. İsveçin üzvlüyü NATO-nu daha güclü və hamımızı daha təhlükəsiz edəcək”.
Roza Şəfiyeva