Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyada hərbi müdafiə xərclərinin rekord həddə çatdığını hesablayıb.
Publika.az xəbər verir ki, hesabatda deyilir:
“2023-cü ildə qlobal müdafiə xərcləri 2,443 milyard dollara çatıb” .
Bu, institutun uzun illər apardığı müşahidələr ərzində qeydə aldığı ən böyük nəticədir.
Müdafiəyə büdcədən xeyli vəsait xərcləyən ölkələr arasında Yaponiya, Səudiyyə Ərəbistanı, Almaniya, Böyük Britaniya, Fransa, Ukrayna, Rusiya, Çin, Hindistan və ABŞ var.
Ən çox müdafiə xərclərinə malik iki ölkə - ABŞ (916 milyard) və Çin (296 milyard) dünyanın müdafiə xərclərinin demək olar ki, yarısını təşkil edir.
İnstitutun məlumatına görə, Rusiyada ba belə rəqəmlər var: 2023-cü ildə hərbi xərclər 2022-ci illə müqayisədə 24% artaraq 109 milyard dollar təşkil edib. Üstəlik, 2014-cü ildən bəri Rusiyada müdafiə xərcləri 57% artıb.
Hüseyn İbadlı