15.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?

14 noy 2025 23:01
GÜNDƏM
ads
Advertisement

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.

 

Qutb.az xəbər verir ki, şagird, Fərəcova Zəhra Şahin qızı müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.

 

Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:

 

“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.

 

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.

 

Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və bildirib ki, şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.

 

Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:

 

“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur