"Braqa" "Qarabağ"a qarşı bu heyəti sifariş etdi
Vaşinqtonun meri Müstəqillik Gününü ilə bağlı Bəyannamə imzaladı
İyulun 14-də İtaliyanın Roma şəhərində bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib.
Qutb.az xəbər verir ki, yarışda Azərbaycanı “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir.
Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır. Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.
Bildirilib ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.
Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.