Məşhur amerikalı boksçu (63,5 kq-a qədər) Rayan Qarsiya Devin Heyni ilə döyüşdən əvvəl fikirlərini bildirib.
“Bu görüş pley-offda yeddinci oyun kimidir. İndi hər şey xətdədir, Devin. Bu döyüş mənim üçün çox şey deməkdir. Podkastda qan üçün qayıdacağımı deyəndə bunu nəzərdə tuturdum.
Sizlərdən Devinin sağlamlığı üçün dua etməyinizi xahiş edirəm. Dua edin ki, atası döyüşü vaxtında dayandırsın. Onu rinqdən çıxarmaq lazım gələcək. O, sona qədər davam gətirməyəcək”, – Qarsiya sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Qarsiya və Heney həvəskar yarışmalarda altı dəfə qarşılaşıblar. Şəxsi qarşıdurmanın hesabı 3-3-dür.