Almaniyada ifrat sağçıların milyonlarla mühacir əsilli insanı geri göndərməyi planlaşdırdığı üzə çıxandan sonra ana müxalifətdəki Sosial Demokrat Partiyasından olan 25 deputat “Biz buradayıq” şüarını irəli sürüb.
Publika.az xəbər verir ki, bundan sonra minlərlə insan irqçi AfD partiyasını qadağan etmək üçün aksiya keçirib.
İfrat sağçıların, o cümlədən Almaniya üçün Alternativ Partiyasının (AFD) siyasətçilərinin mühacirləri ölkədən zorla çıxarmaq planlarının üzə çıxmasından sonra ifrat sağçı AfD partiyasına etirazlar artır. SPD-nin mühacir mənşəli millət vəkilləri, o cümlədən TBMM sədrinin müavini Aydan Özoğuz birgə məktub yazaraq AfD-nin qadağan edilməsini tələb ediblər. Açıq məktubu imzalayan 25 millət vəkili arasında Federal Hökumətin inteqrasiya üzrə komissarı Reem Alabali-Radovan, millət vəkili Macit Karaahmetoğlu və Federal Daxili İşlər Nazirliyinin Parlament Dövlət müşaviri Mahmud Özdemir də var. Deputatların birgə bəyanatında “Biz bir yerdəyik, burada qalırıq və qovulmayacağıq!” deyilib.
Almaniyanın “Correctiv” saytı AfD siyasətçiləri, neonasistlər və varlı iş adamlarının noyabr ayında Berlin yaxınlığındakı Potsdamdakı bir hoteldə gizli toplantıda bir araya gəldiyini açıqlayıb. Nəşrin yanvarın 10-da dərc etdiyi araşdırmaya görə, iştirakçılar arasında AfD lideri Alice Veidelin müşaviri Roland Hartviq də olub.
İclasda ifrat sağçılar milyonlarla mühacirin zorla geri qaytarılması üçün planlar hazırlayıblar. İclas gizli qalmalı idi, təşkilatçılar və iştirakçılar məktubla əlaqə saxlamalı idilər, lakin məlumatlar mətbuata sızıb
Aysel