Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını tələsik tərk etməli olub.
QÜTB.AZ TASS-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin zəng etməsi olub.
Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib:
“Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”, - Putin deyib.
Rusiya lideri daha sonra iclasa qayıdıb.
Sonra məlum olub ki, Putinə zəng edən Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo olub. O, həmkarı ilə iki ölkə arasında münasibətləri müzakirə edib.
Hüseyn İbadlı