UEFA Çempionlar Liqasının "Bayern" - "Benfika" oyununda (1:0) ölüm hadisəsi yaşanıb.
QÜTB.AZ xəbər verir ki, matçı "Alyans Arena"dan izləyən azarkeşlərdən biri vəfat edib. Bu barədə Münhen klubu məlumat yayıb.
Görüşün 3-cü dəqiqəsində azarkeşin halı pisləşib. Həkimlər elə stadionda ilkin tibbi müdaxilə ediblər. Daha sonra fanat xəstəxanaya aparılıb. Ancaq azarkeşin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi məlum olub.
Qeyd olunur ki, həmrəylik əlaməti olaraq aktiv Münhen azarkeşləri qurbanın halı pisləşdiyi andan sona qədər susublar.
Qutb