Oktyabrın 14-də Ukrayna çempionatının I Liqasının 12-ci turu çərçivəsində keçirilməli olan YuKSA – “Mariupol” matçı baş tutmayıb.
QÜTB.AZ xəbər verir ki, görüş qonaq komandanın futbolçularının boykotu səbəbindən keçirilməyib. Komanda üzvləri maaşlarını ala bilmədiklərinə görə oynamaqdan imtina ediblər.
3 aydır onların məvacibləri ödənilmir. Bu oyundan əvvəl futbolçulara olan borcun hissə-hissə ödəniləcəyi ilə bağlı şərt kəsilib. Lakin klub rəhbərliyi vədinə əməl etməyib.
Qeyd edək ki, birinci Liqada 9 turdan sonra “Mariupol” 12 xal toplayıb. Klubun yaxın vaxtlarda satılma ehtimalı olduğu bildirilir.