19.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Ailələr yas mərasimi üçün kredit götürürlər" - Aparıcıdan etiraz

19 yan 2025 16:00
GÜNDƏM
ads
Advertisement

"Əvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İndi isə yas mərasimi üçün götürürlər. İnsan bilmir ölüsü ilə məşğul olsun, yoxsa camaatı yola salsın. Camaat gəlib aş gözləyir. Bu düzgün olan bir şey deyil. Başsağlığı üçün gəlmisən, qarnını doyurmağa yox".

QÜTB.AZ xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, yas mərasimində yemək verməyən ailələrin qınaqla üzləşdiyini də qeyd edib:

"Qınayanlar var, amma başınıza gələndə biləcəksiniz. Qarğış mənasında demirəm. Çünki hər bir ailədə baş verə biləcək hadisədir. Qınamaq ayıbdır. Elə insanlar var ki, deyir nahara yasa gedəcəyəm, qəşəng yeyib gələcəyəm. Yasda ən yaxşısı çay, halva, qənd və konfet verməkdir. Çünki insanlar onsuz da mənəvi yükün altındadır, üstəgəl də maddi yükün altına girirlər ki, qonşu filankəs "atasının yasında yemək vermədi" deməsin".

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur