Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Legiya" - "Molde" (0:3) matçında maraqlı hadisələr yaşanıb.
Publika.az xəbər verir ki UEFA qrup mərhələsinin səfər matçlarında yaranan iğtişaşlara görə Polşa klubunun azarkeş tribunasını iki oyunluq bağlayıb. Lakin "Legiya" ultrasları yenə də fərqlilikləri ilə seçibliblər. Hətta Avropa futbolunu idarə edən qurumu ələ salmağı bacarblar.
Azarkeşlərin üzünə qapalı olan sektorlarda “Bu dəfə sən qazandın, UEFA” yazısı olan pankart peyda olub. Ancaq bir neçə dəqiqə sonra ultrasların mərkəzi tribunada olduqları üzə çıxıb. Start fitindən əvvəl üzərində "sürpriz, əclaflar" sözü yazılmış xoreoqrafiya qaldırıblar. Mesajın kimə ünvanlandığını təxmin etmək çətin deyil.
Heybət