Co Bayden administrasiyası baş nazir Benyamin Netanyahu hökumətinə Qəzza zolağına hücumu azaltmaq üçün təzyiq göstərmək məqsədi ilə İsrailə silah satışını dayandırmağı düşünür.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" amerikalı məmura istinadla məlumat yayıb.
Bildirilib ki, hələlik heç bir qərar verilməyib.
Mənbənin sözlərinə görə, Vaşinqton İsrailə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyə ümid edir.
İsrailin itirə biləcəyi silahlar arasında JDAM dəqiq idarəedici dəsti olan hava bombaları və 155 mm-lik artilleriya mərmiləri var.
Eyni zamanda, İsrail rəsmiləri ABŞ-dan daha çox silah, o cümlədən hava bombaları, döyüş sursatları və hava hücumundan müdafiə vasitələri tələb etməkdə davam edir.
Hüseyn İbadlı