Rusiyalı MMA döyüşçüsü Aleksandr Larkin Vnukovo hava limanında əlbəyaxa davanın iştirakçısı olub.
Publika.az xəbər verir ki, "RCC Hard" promoşnunun döyüşçüsü turistlərdən birini döyüb. İdmançı ailəsi ilə birlikdə ona və dostlarına VIP sərnişinlər üçün nəzərdə tutulan qolf arabasına minməsinə icazə vermədiyi üçün kişi turistə hücum edib və onu döyüb. Arabanın sürücüsü olan hava limanı əməkdaşı da davada iştirak edib və Aleksandrla dalaşıb.
Polis Larkını sürücü ilə birlikdə saxlayıb. İzahat verdikdən sonra onları evə buraxıblar. Münaqişə zamanı idmançının dostları polis gələnə qədər hadisə yerindən qaçıblar.
Heybət