31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

İnanılmaz fırıldaq: Saytı sındırdı, cəmi 1 dollar ödəyib, onlarla avtomobil aldı

25 fev 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Oklahoma ştatından olan şəxs avtomobillərin və zinət əşyalarının qiymətini cəmi bir dollara endirmək üçün hökumətin hərrac saytını sındırıb.

Publika.az xəbər verir ki, bu barədə “CBS News” federal prokurorlara istinadən məlumat yayıb.

Minnesota Dairə Prokurorluğunun bildirdiyinə görə, 41 yaşlı Evan Ceyms Coker, hökumətə məxsus aktivləri satmaq üçün Ümumi Xidmətlər Administrasiyası tərəfindən onlayn hərraclarla bağlı bir sxemdə fırıldaqçılığına görə məhkum edilib.

Əyalət vəkili Endryu Luger bildirib ki, hərraclar Minnesota ştatının Eagan şəhərindəki serverlər vasitəsilə onlayn rejimdə keçirilir.

25 fevral və 6 mart 2019-cu il tarixləri arasında Coker GSA saytında bir neçə avtomobil və zərgərlik hərraclarında iştirak edib. Prokurorlar mətbuata açıqlamasında bildiriblər ki, onun təklifləri qəbul edildikdən sonra Coker pay.gov saytını sındıraraq hər bir məhsulun qiymətini bir dollar edib.

Ümumilikdə, o, hərracda 19 dollar ödəməklə 19 auksion malı, o cümlədən 8327 dollara olan “Ford Escape” hibridini, 9000 dollar təklif edilən “Ford F550” pikapını cəmi 1 dollara alıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur