“Bayer Leverkuzen”in idman direktoru Simon Rolfes komandanın baş məşqçisi Xabi Alonso barədə danışıb.
Publika.az xəbər verir ki, funksioner ispaniyalı mütəxəssisinin növbəti mövsümdə klubda qalacağını açıqlayıb:
“Bəli, mən buna əminəm. Birinci səbəb onun müqaviləsinin olmasıdır. İkincisi, o və ailəsi burada özünü əla hiss edir. Onun “Bayer”də çox yaxşı heyəti və böyük perspektivləri var. Gələn il mütləq yüksək səviyyəli komandamız olacaq. Bütün bu nüanslar həm məşqçini, həm də futbolçuları qalmağa sövq edir”.
Qeyd edək ki, “Bayer” Bundesliqanda 21 turdan sonra 55 xalla vahid liderdir.