03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ-dan Çin avtomobillərinə QADAĞA

24 sen 2024 04:00
GÜNDƏM
ads

ABŞ yollarında internetə qoşulan avtomobillərdə Çinin proqram və avadanlıqlarından istifadə qadağan ediləcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi yazılı bəyanat yayıb.

Qeyd olunub ki, milli təhlükəsizlik baxımından bu qərar verilməlidir.

Məlumata görə, fevralda Ağ Evin göstərişi ilə aparılan araşdırmalardan sonra səlahiyyətlilər Çinin avtomobil sistemində quraşdırılmış proqram təminatından istifadə edərək amerikalı sürücülər və infrastruktur haqqında məlumatların toplanması, həmçinin avtomobil və naviqasiya sisteminin potensial manipulyasiyası ilə bağlı narahatlığını bildiriblər.

Yeni qərarla bütün Çin avtomobillərinin ABŞ bazarına daxil olması qadağan ediləcək.

Təklif 2027-ci ildən proqram təminatına qadağa qoyulmasını nəzərdə tutur. Texniki təchizatla bağlı qadağa isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qərar gələn il yanvarın 20-dək yekun təsdiqini tapacaq.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur