Əfsanəvi italyan məşqçi Klaudio Ranyeri işə qayıtmağa hazır olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, mütəxəssis etiraf edib ki, futbol klublarından və milli komandalardan təkliflər gözləyir.
“Demək istəyirəm ki, məşqçilik etmək istəyim var, özümə meydan oxumaq istəyirəm. Artıq bir neçə təklifi rədd etmişəm.
Görək milli çağıracaqmı. İtaliya deyil. Mən Spalettiyə çox güvənirəm”, – deyə Klaudio bildirib.
Ranyerinin son klubu İtaliyanın “Kalyari”si olub. O, “Roma”, “Lester” və bir çox başqa klublarda da çalışıb.